Dünya
Aralıq dənizi sahillərinə neft sızdı

Suriyanın qərbində Bəşər Əsəd rejimi qüvvələrinin nəzarətində olan Aralıq dənizi sahillərində neft sızıntısının baş verdiyi bildirilib.
Publika.az xəbər verir ki, Əsəd rejiminə yaxınlığı ilə tanınan Şam FM-nin xəbərinə görə, sızma Latakiya vilayətinin şərqindəki Cəblə rayonu ilə Tartusun Banyas rayonu arasındakı 1 kilometr uzunluğunda və 70 metr enində çimərlikdə görülüb.
Şam FM-ə danışan rejimin Latakiyadakı Ətraf Müdiri Temmem Cabir, sızmanın mənbəyini müəyyən edə bilmədikləri üçün hələ heç bir tədbir görmədiklərini açıqlayıb.
Cabir bildirib ki, sızmanın Banyas İstilik Elektrik Stansiyasından və ya sahildəki tankerdən ola biləcəyi ehtimalını nəzərdən keçirirlər.
2021-ci ilin avqustunda Banyas İstilik Elektrik Stansiyasında neft sızması baş verib və Avropa Birliyi və Şərqi Aralıq dənizi ilə həmsərhəd olan ölkələr təşvişə düşüb.
Aydan

-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari