Dünya
Professordan ŞOK təklif: Ölü qadınlardan...
Oslo Universitetinin professoru Anna Smajdor beyin ölümü keçirən qadınlardan surroqat ana kimi istifadə etməyi təklif edib.
Publika.az xəbər verir ki, “Daily Mail”-in məlumatına görə, qadınlar öldükdən sonra bədənlərinin uşaq dünyaya gətirmək üçün istifadə edilməsinə həyatda olduqları vaxt razılıq verə bilərlər.
Professor hesab edir ki, bu məqsədlər üçün ölülərdən də istifadə oluna bilər. O, bunun texniki olaraq necə edilə biləcəyini izah etməyib, lakin bunun "elmi fantastika olmadığını" vurğulayıb.
Ümumiyyətlə, məqalədə izah edildiyi kimi, beyin ölümünün səbəbi ürək dayanması, infarkt, beyinə qan və ya oksigen axınını kəsən digər zədələr ola bilər. Bu proses geridönməzdir. Bununla belə, bədənin işi aparat tərəfindən dəstəklənə bilər.
Smajdor əlavə etdi ki, insanlar tez-tez donor olurlar. Ölümdən sonra orqanlar transplantasiya gözləyənlərə köçürülür və bu, həyatları xilas edir. O vurğulayıb ki, ölümdən sonra uşaq dünyaya gətirmək məsələsində də məntiq eynidir. Bununla belə, alim məsələnin həssas olduğunu etiraf edib və onun təklifinin hiddətə səbəb ola biləcəyini də gözləyir.
Aydan
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
































