Avropa Komissiyasından xəbərdarlıq: Gələn qış...
Bizi izləyin

Dünya

Avropa Komissiyasından xəbərdarlıq: Gələn qış...

Gələn qışda Avropa ölkələri təbii qaz qıtlığı ilə üzləşə bilər ki, bu da yanacağın birja qiymətlərinin artmasına səbəb olacaq.

Publika.az xəbər verir ki, bu, Rusiyadan tədarükün kəskin azalması fonunda mayeləşdirilmiş təbii qazın (LNG) idxalının hazırda Avropa İttifaqının (Aİ) əsas enerji mənbəyinə çevrilməsi ilə əlaqədar ola bilər.

“Davam edən geosiyasi gərginliklər fonunda yüksək volatillik şəraitində, 2022-ci ildə baş verənlərə bənzər qiymət artımı istisna oluna bilməz, xüsusən indi LNG idxalı Aİ üçün əsas təbii qaz mənbəyinə çevrilmişdir”, - materialda deyilir.

Fevralın 13-də "Reuters", Belçika Brueghel İnstitutunun analitiklərinin statistik məlumatlarına istinad edərək, Avropa ölkələrinin enerji böhranı ilə əlaqədar ev təsərrüfatlarına və yerli biznesə kömək etmək üçün 2021-ci ildən bəri təxminən 800 milyard avro göndərdiyini bildirdi . Bu məbləğin bütün xərclərinin dörddə birindən çoxu Almaniyanın payına düşür - 268 milyard avro.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm