Məşhur aktrisanın oğlu cinsini dəyişdi: Ayda adını götürdü
Bizi izləyin

Magazin2

Məşhur aktrisanın oğlu cinsini dəyişdi: Ayda adını götürdü

Türkiyədə yayımlanan “Dilek Taşı” serialında “Asuman” obrazını canlandıran Çiçək Dilligilin oğlu cinsini dəyişmək qərarına gəlib.

Publika.az xəbər verir ki, “Kaygısızlar”, “Kuzenlerim”, “Nefes Nefese”, “Tövbeler Olsun” və “Dilek Taşı” kimi bir çox layihədə iştirak edən Çiçək Dilligil və musiqiçi Bora Öztoprakın oğlu Ardahan Öztoprak təhsil almaq üçün Amerikaya gedib.

“TemizMagazin”də yer alan xəbərə görə, Ardahan Toprak adını dəyişərək Ayda qoyub və fiziki görünüşünü də dəyişib.

Jurnalist Seyhan Erdağ məsələ ilə bağlı Çiçək Dilligillə danışıb.

"O, 26 yaşında bir fərddir. Uşağımızın yanındayıq, ailə olaraq onun yanındayıq. Onun adı indi Aydadır. Bu, uzun bir prosesdir. Bu, şıltaqlıq və ya marjinal vəziyyət deyil. O, Amerikada önəmli klinikalardan dəstək alır”, - aktrisa deyib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm