Dünya
Prezidentə qarşı sui-qəsd necə təşkil edilib? - Saxlanılanlar var - Video
ABŞ-da Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən şəxslər saxlanılıb.
Publika.az xəbər verir ki, ABŞ hakimiyyəti 2021-ci ildə Haiti prezidenti Jovenel Moizeyə qarşı sui-qəsdlə bağlı 3 şübhəlini saxlayıb. Bu barədə "The New York Times" yazır.
Nəşrin məlumatına görə, şübhəlilər Venesuela əsilli amerikalı iş adamı Antonio İntriaqo, Kolumbiya əsilli ABŞ vətəndaşı Arkangel Pretel Ortiz və amerikalı maliyyəçi Valter Vinemilladır.
Qəzetin yazdığına görə, İntriaqo və Ortiz Floridada yerləşən “CTU Security təhlükəsizlik şirkəti”nə sahibdirlər. Bu şirkət, nəşrin yazdığına görə, Moizin öldürüldüyü gecə "Haiti prezidentinin evinə basqın etməyə kömək edən 20-yə yaxın kolumbiyalı keçmiş əsgəri işə götürüb".
Vinemillanın Haitidəki əməliyyatları maliyyələşdirmək üçün “CTU Security”yə 172.000 dollar borc verdiyi deyilir.
Xatırladaq ki, Jovenel Moize 7 iyul 2021-ci il gecəsi iqamətgahına edilən hücumda ölümcül yaralanıb. Haiti hakimiyyəti 18 Kolumbiya vətəndaşı, beş ABŞ vətəndaşı və dörd polis əməkdaşı, prezidentin təhlükəsizlik xidmətinin iki əməkdaşı və cinayətin təşkilatçısı olduğu iddia edilən həkim və pastor Emmanuel Sanon da daxil olmaqla 40-dan çox adamı saxlayıb.
Mehti Kamiloğlu
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)



















