İsrailin tarixində belə şey olmamışdı - İlk dəfə...
Bizi izləyin

Dünya

İsrailin tarixində belə şey olmamışdı - İlk dəfə...

İsrail tarixində ilk dəfə öz neftini ixrac etməyə başlayıb. İlk yanacaq partiyası Yunanıstanın “Energean” şirkəti tərəfindən işlənən Kariş dəniz yatağından çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

“İsrail bir neçə il əvvəl xaricə təbii qaz nəql etməyə başlasa da, ölkənin neft hasilatı heç vaxt əhəmiyyətli olmayıb. Aralıq dənizinin şərqindəki Kariş yatağı “Energean”-ın flaqman layihəsidir və keçən ildən qaz hasil edir”.

Qəzetin yazdığına görə, İsrail və Livan arasında dəniz sərhədi yaxınlığında yerləşən dəniz yatağında neft hasilatı oktyabr ayında ABŞ-ın vasitəçiliyi ilə iki ölkə arasında bağlanan sazişdən sonra mümkün olub .

Karişdə hasilat İsrailin təbii qaz sənayesini daha da inkişaf etdirməyə kömək etdi, hansı ki, bir vaxtlar idxaldan asılı olan bir ölkə üçün oyunu dəyişdirir.

İxracın başlanmasına baxmayaraq, İsrail xam neftin xalis idxalçısı olaraq qalacaq.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm