Dünya Bankının prezidenti istefa verəcək
Bizi izləyin

Dünya

Dünya Bankının prezidenti istefa verəcək

Amerikalı iqtisadçı, Dünya Bankının prezidenti Devid Malpass yaxın aylarda vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DB rəhbəri Dünya Bankı Qrupunun iyunun 30-da başa çatacaq maliyyə ilinin sonuna qədər istefaya getmək niyyəti barədə İcraçı Direktorlar Şurasına məlumat verib.

"Bir çox istedadlı və görkəmli şəxsiyyətlərlə yanaşı dünyanın aparıcı inkişaf institutunun prezidenti olmaq mənim üçün böyük şərəf və imtiyazdır", - Malpass deyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm