Dünya
Dövlət Departamenti çağırış etdi: Azərbaycanla Ermənistana
ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa çağırıb.
Publika.az xəbər verir ki, Vaşinqton sülh yolu ilə nizamlanmaya nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə davam edəcəyini bildirib.
"ABŞ Ermənistan və Azərbaycanı iki ölkə arasında gərginliyi azaltmağa çağırır". Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.
“Bizim iki ölkəyə - Ermənistan və Azərbaycana və bütövlükdə regiona mesajımız gərginliyi azaltmaq yollarını tapmaqdır. Sabit, dinc kursa qayıtmaq üçün səy göstərilməlidir”, - deyə o bildirib.
Prays əlavə edib ki, ABŞ bu prosesdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edib. Vaşinqton öz məqsədlərinə çatmaq üçün bundan sonra da hər cür töhfə verməyə davam etmək niyyətindədir. Prays ümid edir ki, digər ölkələr də bu yolla gedəcək.
Dövlət Departamentinin nümayəndəsi Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfərinə toxunaraq deyib ki, ABŞ zəlzələdən sonra Türkiyə və Suriya xalqının yanında olan bütün ölkələri alqışlayır.
Mehti Kamiloğlu
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."