Buş Ağ evi Obamaya təhvil verəndə Rusiya ilə bağlı hansı xəbərdarlığı edib?
Bizi izləyin

Dünya

Buş Ağ evi Obamaya təhvil verəndə Rusiya ilə bağlı hansı xəbərdarlığı edib?

ABŞ-ın 43-cü prezidenti Corc Buşun administrasiyası istefa verməzdən əvvəl növbəti dövlət başçısı Barak Obamanın administrasiyasına Rusiyanın Krıma, Ukraynaya və Avropaya qarşı mövcud təhdidləri barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə Buşun milli təhlükəsizlik müşaviri Stiven Hedli “Hakimiyyətin ötürülməsi” adlı memuarında bildirib .

Hadlinin sözlərinə görə, Buşun komandası öz xələfləri üçün 40 qeyddən ibarət memorandum hazırlayıb və orada 43-cü prezidentin hakimiyyətinin sonunda dünyadakı vəziyyəti qiymətləndiriblər.

Xüsusilə, sənəddə Rusiyanın “Ukraynanın, xüsusilə Krımda ərazi bütövlüyünə meydan oxuya biləcəyi” və həmçinin Avropanın enerji təchizatından asılılığından istifadə etməyə çalışa biləcəyi iddia edilirdi.

Bundan əlavə, Buşun müşavirləri Moskvanın ABŞ və Avropa ölkələri arasında gərginlik yaratmaq üçün hansısa siyasi vasitələrdən istifadə edə biləcəyi haqda xəbərdarlıq da ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm