Türkiyədə seçkiqabağı sorğu: Ərdoğan böyük üstünlüklə...
Bizi izləyin

Dünya

Türkiyədə seçkiqabağı sorğu: Ərdoğan böyük üstünlüklə...

Əgər bir neçə gün sonra seçki keçirilsə, əhalinin demək olar ki, yarısı Türkiyənin hazırkı prezidentinə səs verəcək.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti “Areda Survey” tədqiqat mərkəzinin keçirdiyi sorğuya istinadla məlumat yayıb.

Fevralın 23-dən fevralın 27-dək aparılan araşdırmada 3 min nəfər iştirak edib. Respondentlər "gələn bazar günü prezident seçkiləri keçirilsə, kimə səs verərdiniz" sualına cavab verməli olublar.

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti (49,8%) bu halda prezident Ərdoğana, 21,7%-i Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna səs verəcəyini bildirib. Mansur Yavaş (Ankara Bələdiyyə başçısı) 9,6%, İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlu isə 6,9% səs alıb.

Respondentlərin partiya seçimlərində 38,5 faiz səs toplayan hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) birinci olub. Cümhuriyyət Xalq Partiyası (CHP) 22,8 faizlə ikinci, Xalqların Demokratik Partiyası (HDP) 10,5 faizlə 3-cü olub.

Qeyd edək ki, mayın 14-də Türkiyədə ümumi seçkilər (eyni zamanda prezident və parlament seçkiləri) keçirilməlidir.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm