Dünya
Bu qərar Putini çox qəzəbləndirəcək – Poroşenkodan antirusiya qərarı
Ukrayna Rusiyanı qəzəbləndirəcək növbəti addım atmağa hazırlaşır.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, prezident Pyotr Poroşenko Nazirlər Kabinetinə Ukraynanın neytral statusundan imtinası barədə qanun layihəsini hazırlamağı tapşırıb.
Ukrayna prezidenti həmçinin ölkəsinin 2020-ci ilə qədər Avropa Birliyinə üzv olmaq üçün müraciət edəcəyini bildirib.
“Mən dörd saat sonra öz yeni proqramımla bütün Ukrayna qarşısında çıxış edəcəm. Bu proqram 2020-ci ilə qədər həyata keçiriləcək 60-a qədər islahatı nəzərdə tutur. Biz həmçinin 2020-ci ilə qədər Avropa İttifaqının üzvlüyünün əldə edilməsi üçün müraciət etməyə hazırlaşırıq”, - deyə P.Poroşenko söyləyib.
Qeyd edək ki, Ukraynanın neytral statusunun saxlanılması Moskva üçün ən vacib məsələlədəndir. Hələ aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı Böyük Britaniyanın “The Guardian” qəzetində dərc etdirdiyi yazısında böhranın həlli yollarını göstərmiş və Ukraynanın status məsələsinin də Moskva üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdi.
“Birinci addım qanuni hüquqların və Ukraynanın bütün regionlarının maraqlarını təmin edən real konstitusiya islahatının keçirilməsi. Hesab edirik ki, yeni konstitusiya Ukraynanın cənub-şərq regionlarının çoxsaylı çağırışlarına cavab verməlidir. Məsələn, rus dilinin ikinci dövlət dili elan edilməsi.
İkinci addım Ukraynanın neytral statusuna Ukrayna qanunvericiliyində möhkəm zəmanət verilməsidir. Üçüncü addım isə “Sağ sektor” və digər milliyətci qruplaşmaların fəaliyyətinin dayandırılması üçün təcili tədbirlərin həyata keçirilməsidir”, - deyə Rusiya xarici siyasət idarəsinin başçısı yazmışdı.
O, bu addımların atılmayacağı təqdirdə, Ukrayna böhranının gözlənilməz nəticələrinin olacağı barədə Qərbi xəbərdarlıq etmişdi. Və Ukraynanın şərqindəki bugünkü vəziyyət Moskvanın xəbərdarlığının heç də əsassız olmadığını göstərmiş oldu.
Ömər Dağlı
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı
-
Dünya12:30
Netanyahuya xərçəng diaqnozu qoyuldu - Onu bu şəxs əvəzləyəcək
-
Sosial11:50
Həlak olan pilotumuzun adına bu ölkədə təqaüd veriləcək
-
Qoroskop11:20
2025-ci ildə bu bürclər pulu özünə maqnit kimi çəkəcək