Dünya
Sincar Uyğur bölgəsi yenə qan gölünə çevrildi - 50 ölü
Çinin şimal-qərbindəki Sincan Uyğur muxtar bölgəsində 21 sentyabrda baş verən qanlı hadisələrdə ölənlərin sayı açıqlanıb.
Publika.az-ın verdiyi xəbərə görə, Çinin rəsmi xəbər agentliyi “Xinhua” bazar günü Bayangolin vilayətinə bağlı Bügür mahalında baş verən qanlı hadisələrdə 50 uyğurun vurularaq öldürüldüyünü bildirib.
Qanlı hadisələrin nəticəsini dörd gün gecikmə ilə xəbər verən “Xinhua” hadisələri terror hücumu olaraq dəyərləndirib. Xəbər agentliyi “terror hücumu”nda 4 polisin də həyatını itirdiyini qeyd edib.
Çin mediası hadisə baş verən gün 2 nəfərin öldüyünü xəbər vermişdi. Ancaq “Azad Asiya” radiosu, yerli mənbələrə istinad edərək ölənlərin sayının onlarla olduğunu bildirmişdi. Çin mediasına görə, Sincan Uyğur muxtar bölgəsində bu il baş verən qarşıdurmalarda ölənlərin sayı 250-ü keçib.
Bölgə xarici dünyaya bağlı olduğu üçün hadisələrin əsl mahiyyətini də müəyyənləşdirmək mümkün yoxdur. Xarici jurnalistlər və hüquq müşahidəçiləri bölgəyə buraxılmır.
Ömər Dağlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...