Trampın həbs qərarı ləğv edildi - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Dünya

Trampın həbs qərarı ləğv edildi - FOTO/YENİLƏNDİ

ABŞ-ın sabiq prezidenti Donald Trampın həbsi barədə qərar ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə СNN məlumat yayıb.

Bildirilib ki, siyasətçi məhkəmə binasını tərk edib.

xxx

21:33 - 04.04.23

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Həbs ona ittiham irəli sürülənə qədər davam edəcək. Yarım saat ərzində Trumpın məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Amerika Prosessual hüququnda həbs böyük münsiflər heyətinin qərarı nəticəsində ittihamların irəli sürülməsinin məcburi hissəsidir. Bu, həbs olunmaq demək deyil. Təqsirləndirilən şəxs yalnız ittihamlar irəli sürülərkən həbsdədir.

Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib.

Onun əlləri qandallanmayacaq, iş materialları üçün şəkli çəkilməyəcək, barmaq izləri əvvəlcədən götürülüb.

Donald Trampın həbsinin səbəbi:

2018-ci ilin yanvarında "Wall Street Journal" qəzeti Donald Trampın 2006-cı ildə aktrisa Stormi Deniels ilə intim əlaqəsi olduğu və susması üçün ona 130 min dollar ödədiyi barədə məqalə dərc edib. Nəşrin iddiasına görə, aktrisa Donald Trampı və onun vəkili Maykl Koeni məhkəməyə verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm