Hadisə
FHN nənə və nəvəni belə xilas etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü R.Nəsibova və 2021-ci il təvəllüdlü A.Əlizadə mənzilinin giriş qapısının kilidinin sınması nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub, vətəndaşları xilas edərək ailə üzvlərinə təhvil veriblər.
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO
-
MDB15:20
Rusiya dörd ölkəyə qarşı terror iddiası irəli sürdü
-
Rəsmi xronika14:35
İlham Əliyev sərəncam imzaladı
-
Rəsmi xronika14:05
İlham Əliyev bu əsasnaməni təsdiqlədi
-
Dünya13:30
Ərdoğan ürəyini jurnalistlərə açdı: ABŞ-dan bunu gözləyir
-
Yaxın Şərq13:08
"Hizbullah"da "yarpaq tökümü": Nəsrullah da sıradan çıxarıldı - Rəsmi
-
Sosial12:15
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
-
Sağlamlıq11:10
Sağalmaq üçün qəbul edirik, amma zəhərləyir: Spirtli, enerji içkiləri ilə...