İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
Bizi izləyin

Dünya

İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron cümə axşamı Kiyevə səfər edib və Ukraynaya hər il üç milyard funt-sterlinq (3,74 milyard dollar) vəd edib.

Publika.az xəbər verir ki, Kemeron onu da bildirib ki, Ukrayna Britaniyadan aldığı silahları Rusiya ərazisində istifadə etmək hüququna malikdir.

“Biz lazım olduğu qədər hər il üç milyard funt sterlinq verəcəyik”, – Kemeron “Reuters” agentliyinə bildirib. Britaniyadan alınan vəsaitlərin Rusiya ərazisində istifadəsinə gəlincə, bu, Kemeronun fikrincə, ukraynalıların öz ixtiyarındadır.

“Ukraynanın bu hüququ var. Rusiya Ukrayna ərazisini hədəfə alır və Ukraynanın özünü qorumaq ehtiyacı hiss etməsi başa düşüləndir”, - Kemeron bildirib.

Kemeron Kiyevdə prezident Vladimir Zelenski və Ukrayna rəhbərliyinin digər üzvləri ilə görüşüb və xüsusilə Britaniyadan 100 mobil zenit qrupu üçün dəqiq bombalar, zenit raketləri və avadanlıqlar da daxil olmaqla, yeni silah və sursat göndərildiyini açıqlayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm