Litva prezidenti: "Putin müharibə istəyir və ona hazırdır”
Bizi izləyin

Dünya

Litva prezidenti: "Putin müharibə istəyir və ona hazırdır”

“Rusiya terror elementlərinin olduğu bir ölkə oldu. Vəziyyət qorxuducudur, rus ordusu hələ Ukraynan ərazisindədir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Litva preizdenti Dalya Qribauskayte “The Washington Post” nəşrinə müsahibəsində deyib.

“Ukraynada əsl müharibə gedir. Avropa Birliyi və dünya liderlərinin əksəriyyəti bu haqda belə danışmağa çalışır ki, guya bu müharibə deyil, yalnız terrorçulara yardımdan söhbət gedir. Biz Krımda nələrin baş verdiyini gördük. Əvvəlcə "yaşıl adamcığazlar", daha sonra rus ordusu. İndi həmin proses Şərqi Ukraynada baş verir. Əminəm ki, bu son ərazi deyil, Putin öz gücünü göstərmək niyyətindədir”, - deyə Litva prezidenti söyləyib.

Prezidentin sözlərinə görə, problem ondadır ki, Putin Rusiyası bu gün müharibələri istəyir, Qərb isə müharibəyə hazır deyil və onu istəmirlər: “Avropada və bütün dünyada Putini dayandıra biləcək güc yoxdur. Sonra da təəccüblənəcəyik ki, yeni ərazilər tutulacaq, yeni ölkələr parçalanacaq. Amma o zaman qərar vermək gec çox və bahalı olacaq. Əgər Ukraynada Putini dayandırmasaq, o, daha irəli gedəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm