Ukraynanın əks-hücumu bu səbəblərdən ləngiyir - Gözləyirlər ki...
Bizi izləyin

Dünya

Ukraynanın əks-hücumu bu səbəblərdən ləngiyir - Gözləyirlər ki...

Ukraynanın əks-hücumunun ləngiməsinin səbəbləri bəlli olub.

Publika.az xəbər verir ki, Ukrayna qoşunlarının əks-hücum əməliyyatı hava şəraiti, sursat çatışmazlığı və Pentaqonun məxfi sənədlərinin sızması səbəbindən təxirə salınıb. Bu haqda “The Washington Post” qəzeti yazır.

Qəzetin yazdığına görə, Ukrayna hərbçiləri hələ də şəxsi heyətin hərəkəti üçün daha çox zirehli texnika və ağır texnikanın tədarükünü gözləyirlər.

Qeyd olunur ki, gecikmə qarşıdan gələn əks-hücumun uğuruna həlledici təsir göstərə bilər, çünki rus qoşunları öz mövqelərini fəal şəkildə gücləndirir.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı yayda başlaya bilər. Siyasətçi vurğulayıb ki, Kiyev Qərbin dostları və tərəfdaşları tərəfindən təzyiq hiss etmir. “Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün buna 100 faiz, hətta daha çox hazır olmaq lazımdır”, o deyib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm