Britaniyadan Ukraynaya 500 milyon dollarlıq dəstək
Bizi izləyin

Dünya

Britaniyadan Ukraynaya 500 milyon dollarlıq dəstək

Maliyyə naziri Ceremi Hant Beynəlxalq Valyuta Fondu (BVF) Böyük Britaniyanın yeni fond bəyanatını açıqlayıb.

O, bunu Vaşinqtonda maliyyə nazirləri ilə Dünya Bankı görüşləri fonunda bildirib.

Publika.az xəbər verir ki, Britaniya Xəzinədarlıq Nazirliyinin bəyanatına görə, bu il Ukrayna üçün nəzərdə tutulmuş dəstək 1 milyarda çatacaq. Əlavə olaraq 500 milyon dollar maliyyə vəsaiti ayrılacaq.

Böyük Britaniyanın Ukraynaya verdiyi ümumi dəstək 8,1 milyard dollar çatacaq.

Gözlənilir ki, yeni fond Ukraynanın iqtisadi ehtiyaclarını, o cümlədən həyati vacib dövlət xidmətlərini təmin etməyə kömək edəcək.

Böyük Britaniya həmçinin BVF-nin "Yoxsulluğun Azaldılması" və "Artım Tresti" vasitəsilə yoxsulluğun azaldılması və inkişaf etməkdə olan ölkələrdə artımın dəstəklənməsi üçün əlavə 670 milyon vəsait ayırmağı öhdəsinə götürüb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm