Kliniki ölüm keçirən adamın gördükləri: mələklər, cənnətin qapısı, ağ mərmərli bina...
Bizi izləyin

Dünya

Kliniki ölüm keçirən adamın gördükləri: mələklər, cənnətin qapısı, ağ mərmərli bina...

ABŞ sakini Devid Hanzel kliniki ölüm keçirib və ölümdən sonrakı həyatda mələkləri görüb.

Publika.az xəbər verir ki, bu barədə “Daily Star” yazıb.

2015-ci ilin sentyabrında kişi ağciyər infeksiyası və sepsis ilə xəstəxanaya müraciət edib. Hanselin vəziyyəti ağır olub. Nəbzi praktiki olaraq dayanıb və komaya düşüb.

“Öldüyümü bilmirdim, heç nə başa düşmədim və ya dərk etmədim”, - o deyib.

“Sadəcə özümü pis hiss etdiyim üçün gözlərimi bağladığımı xatırlayıram. Və onları açanda özümü gecə səmasında gördüm. Ən gözəl, məxmər kimi, yumşaq gecə səması idi. Buludlar, ulduzlar, heç nə yox idi. Səmanın başlanğıcı və sonu yox idi”, - deyə o xatırlayır.

Bundan sonra onun yanında cənnətin qapılarına bələdçi rolunu oynayan iki mələk peyda olub. Amma mirvari darvazalar yerinə Hanzeli gözəl bir bara gətiriblər. Otaqda çoxlu gözəl şüşələr var idi, amma spirtli içkilər yox idi.

Mələklər daha sonra adama deyiblər ki, o, böyük ağ binaya qalxmalıdır. “Mərmər idi, indiyə qədər gördüyüm ən gözəl mərmər naxışlarına sahib idi. Gedərkən ayağımın yerə dəydiyini hiss etmədim. Sanki cazibə qüvvəsi yox idi. Sanki gəzirsən və üzürsən”, - Hansel bildirib.

Hansel komadan ayılanda özünü tamam başqa insan kimi hiss edib: “Mənə qarşı pislik edən hər kəsi bağışladım. Düşünürəm ki, çox şeyi anlamaq və dinin mahiyyətini başa düşmək üçün sözün əsl mənasında ölməli oldum".

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm