Aİ Rusiyaya qarşı sanksiya tətbiqindən vaz keçir?
Bizi izləyin

Dünya

Aİ Rusiyaya qarşı sanksiya tətbiqindən vaz keçir?

Bir çox Qərb rəsmiləri etiraf edirlər ki, Rusiya iqtisadiyyatının məhdudiyyətlərdən təsirlənməyən sahələri bir sıra Aİ ölkələri üçün vacibdir, ona görə də onlara qarşı sanksiyalar tətbiq edilməyəcək.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Moskvaya qarşı yeni sanksiyalar paketi üzərində işləyərkən Avropa İttifaqı yalnız şəxslərin siyahısı və mövcud məhdudiyyətlərin sərtləşdirilməsi tədbirləri ilə məhdudlaşa bilər.

Bir müddət əvvəl Avropa Komissiyasının maliyyə sabitliyi üzrə komissarı Mairead McGuinness bildirmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 11-ci paketini təqdim etməyə hazırlaşır. O qeyd edib ki, Aİ Rusiyanın məhdudiyyətlərdən keçməyin yollarını tapa bilməyəcəyinə əmin olmalıdır.

Martın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı yeni məhdudiyyətlərin təfərrüatlarını açıqlayıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm