Bu ölkə müstəqillik istəyir: Həmzə tələb etdi ki...
Bizi izləyin

Dünya

Bu ölkə müstəqillik istəyir: Həmzə tələb etdi ki...

Şotlandiyanın birinci naziri Yusif Böyük Britaniyanın baş naziri Sunakdan ölkənin müstəqilliyi ilə bağlı referendumun keçirilməsi üçün icazə tələb edib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Telegraph” məlumat yayıb.

Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusif bazar ertəsi İngiltərənin baş naziri Rişi Sunakla ilk görüşündə ondan ölkənin müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsi səlahiyyətini tələb edib.

Məlumata görə, baş nazir Yusiflə söhbətində Şotlandiya parlamentinin “demokratik istəklərinə” hörmət göstərəcəyinə, ona plebissit keçirmək səlahiyyəti verəcəyinə ümid etdiyini bildirib. Qeyd olunur ki, 2007-ci ildən Şotlandiya parlamentinə nəzarət edən SNP-nin əsas məqsədi Böyük Britaniyadan müstəqil olmaqdır.

Yusifin tələbinə cavab olaraq Sunak referendum əvəzinə İngiltərədə yaşayış xərclərini azaltmaq üçün birlikdə işləməyi təklif edib. Yusiflə Sunakın görüşü ümumilikdə 20 dəqiqəyə yaxın davam edib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm