Politoloq: “Ekstremizmin güclənməsi İraq və Yəmənin dağılmasını sürətləndirir”
Bizi izləyin

Dünya

Politoloq: “Ekstremizmin güclənməsi İraq və Yəmənin dağılmasını sürətləndirir”

“Ekstremizmin güclənməsi İraq və Yəmənin dağılması prosesini sürətləndirir”.

Publika.az-ın verdiyi məlumata görə, bu sözləri Bəhreynin "Al-Bilyad” qəzetinin baş redaktoru Muanis al-Mardi RİA xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Al-Xusi” üsyançı şiə qruplaşmasının fəaliyyəti Yəmənin ərazi bütövlüyünü təhlükə altına qoyur.

“Yəməndə şiələr və sünnilər arasındakı qarşıdurma ölkənin dağılmasına rəvac verə bilər. Yəmən Fars körfəzinə qapıdır və burada baş verənlər körfəz ölkələrində zəncirvari reaksiya doğura bilər. Hər şeydən əvvəl Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanında. Səudiyyənin neft verən şərq əyalətinin bölünməsi təhlükəsi mövcuddur”, - deyə al-Mardi bildirib.

O, qeyd edib ki, İraqda “İslam Dövləti” qruplaşmasının fəaliyyəti Fars körfəzindəki bir neçə dövlətin İraqın bölünməsi ideyasını dəstəkləməsinə gətirib çıxarıb.

Munias al-Mardi həmçinin bildirib ki, İraqda bir neçə müstəqil dövlətin yaranması burada sülh və təhlükəsizliyin qurulacağına təminat vermir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm