Dünya
Erməni cəmiyyəti borc içində "üzür"
Ermənistanın dövlət borcunun artım səbəbləri mükafatlar və dəbdəbəli səyahətlərdir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat nəzəriyyəsi kafedrasının dosenti Atom Markaryan yerli mətbuata ölkənin dövlət borcunun son illər artım tendensiyasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, mövcud hökumət üçün dövlət borcu “asan” puldur, qaytarılmasına görə məsuliyyətin böyük hissəsi növbəti hakimiyyət orqanlarının üzərinə düşür.
"Bu gün hakimiyyətdəyəm və onu verməyə hazır olan hər kəsdən istənilən faizlə borc götürürəm. Sabah isə onu rəqiblərimə ödəyəcəm (təbii ki, onlar hakimiyyətə gəlsələr), başları ağrıyacaq. Və borcun əsas yükünün cəmiyyətin çiynində olması isə indiki hökumətin vecinə deyil”, - Markaryan deyib.
Bundan əlavə, mütəxəssis dövlət borcunun nəinki artdığına, həm də strukturunun keyfiyyətcə pisə doğru dəyişdiyinə diqqət çəkib. Onun sözlərinə görə, əgər əvvəllər daxili və xarici borcun nisbəti 20/80 idisə, bu gün daxili borcun dövlət borcunda xüsusi çəkisi iki dəfə artaraq, demək olar, 40/60 nisbətinə çatıb.
"Bu, biabırçılıqdır. Dövlət öz problemlərini həll etmək üçün daxili bazardan pul çıxarır. Məhz nə? Bunlar məlumdur: ilk növbədə mükafatlar, dəbdəbəli səyahətlər, möhtəşəm qəbullar və şişirdilmiş dövlət aparatı. Dövlət borcunun artmasına səbəb olan bu kreditlər ultramüasir silah və texnologiyalara, sərhədlərin müasir texnika ilə təchiz edilməsinə və digər oxşar xarakterli problemlərin həllinə xərclənsəydi, bunu başa düşmək olarım. Amma biz bunu görmürük”, - o qeyd edib.
İqtisadçı eyni zamanda bildirib ki, borc məsələsi təkcə dövlətin problemi deyil. Ermənistanda cəmiyyət də borc içində “batmaqdadır”. Bunun bariz sübutu ipoteka bazarının hazırkı vəziyyətidir.
Ermənistanda pul baha olduğundan banklar xaricdən pul cəlb edir və belə çıxır ki, banklar özləri borc içində olmaqla cəmiyyətin ümumi borcunu artırırlar.
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi