Dünya
Rusiya Baxmutda 100 mindən çox itki verib - Bayden
Rusiya Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdəki itkiləri 100 min nəfərdən çoxdur.
Publika.az xəbər verir ki, bu rəqəmləri ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Hirosima şəhərində keçirilən “G7” sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib.
“Baxmut barədə danışırlar ki, tutulub, ya tutulmayıb. Doğru budur ki, Rusiya Baxmutda 100 mindən çox itki verib. Bunu əvəzləmək çətin olacaq. İşğal edilib-edilmədiyi isə vacib deyil - orada onsuz da çox tikili qalmayıb. Bu, əsasən, önəmli dərəcədə dağıdılmış şəhərdir. Lakin onlar orada “Vaqner” qrupu daxil olmaqla xeyli Rusiya qoşununu cəmləşdirə biliblər”, - ABŞ lideri bildirib.
Qeyd edək ki, Bayden Baxmut haqqında Ukraynanın gözlənilən əks-hücum əməliyyatı və F-16 qırıcılarının orada iştirak etmə ehtimalı kontekstində danışıb.
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu