Dünya
İrana qarşı yeni SANKSİYALAR

Avropa İttifaqı İrandan olan beş fiziki və iki hüquqi şəxsə sanksiya tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat verilib.
Beləliklə, hazırda Aİ-nin sanksiya siyahısına salınan iranlı fiziki şəxslərin sayı 216-ya və hüquqi şəxslərin sayı 37-ə çatıb.
Bildirilib ki, İran Hüquq-Mühafizə Qüvvələrinin Tehran Polisinə Yardım Dəstəsinin komandiri, iranlı etirazçıları müdafiə edən vəkil Məryəm Arvinin ölümündə əli olduğu güman edilən şəxs, İran polis məmuru, İranın Kiberməkan Ali Şurasının katibi, kiberməkanda hücum edən şəxs "qara siyahı"ya salınıb.
Bu şəxslərin Avropa İttifaqındakı aktivləri bloklanacaq, Avropa İttifaqı ölkələrinə girişi qadağan ediləcək və Avropa İttifaqı vətəndaşlarına həmin şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək.
İslam İnqilabı Keşikçiləri Korpusunun Kooperativ Fondu və Bəsic tələbə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.

-
Nida Xəbər 19:21
Qarabağda mina-tələlər zərərsizləşdirilir - VİDEO
-
Nida Xəbər 19:18
Nazir Elnur Əliyevə yeni vəzifə verdi
-
Qarabağ 17:42
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Sosial17:16
Pilotlarımız səmada “Xarıbülbül” çəkdi - Video
-
Hadisə17:01
Ermənistandan Naxçıvana keçən iki nəfər həbs edildi
-
Qarabağ 16:41
Vardanyanı Laçın postuna gətirən səbəb: Xankəndidə nə olacaq?
-
Sosial16:05
Azərbaycanlı əhalinin Xankəndiyə qayıdışının təşkili...
-
Qarabağ 15:35
Biz bilmirdik ki, Azərbaycan hakimiyyəti... - Erməni sakin