Dünya
Çoxuşaqlı ailələrə müjdə - Yeni imtiyaz veriləcək

Rusiyada çoxuşaqlı ailələrın torpaq vergisi azaldılacaq.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının Təhsil Komitəsinin sədr müavini Yana Lantratova çoxuşaqlı ailələr üçün yeni bir imtiyaz tətbiq etməyi təklif edib.
Deputat müraciətində bildirib ki, hazırda üç və daha çox azyaşlı uşağı olan ruslar torpaqlarının 600 kvadratmetri üçün vergi ödəmirlər, lakin dövlət onlara 15 sot pulsuz torpaq verir. Buna görə də Lantratova çoxuşaqlı ailələrə 15 sotun hamısında vergi ödəməmək imkanının verilməsini məqsədəuyğun hesab edib.
Deputat həmçinin vergi endirimi ala biləcək yaşayış sahəsinin artırılmasını zəruri hesab edib. Hazırda bir ailə mənzilə və ya otağa görə vergi ödəyirsə, beş kvadratmetrlik kadastr dəyəri məbləğində tutulma təmin edilir. Lantratova hər azyaşlı uşaq üçün normadan 18 kvadratmetrin çıxarılmasını təklif edib.
Qeyd edək ki, əvvəllər Rusiyada imtiyazlı kateqoriyalı vətəndaşlara torpaq sahələri əvəzinə pul kompensasiyası verilməsi təklif edilirdi.
Mehti Kamiloğlu

-
Magazin204:59
Aralarındakı problemin əsas səbəbi bəlli oldu
-
Magazin129 May 22:31
“Barbie” Aygün Kazımova... - FOTO
-
İdman29 May 20:40
Rövnəq Abdullayevə etiraz etdilər, fitə basdılar - VİDEO
-
Nida Xəbər 29 May 19:12
Müdafiə Nazirliyi məlumat yaydı
-
Nida Xəbər 29 May 19:08
Elxan Qasımov vəfat etdi - FOTO
-
Magazin129 May 18:38
Həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı - VİDEO
-
Region29 May 17:45
Rusiya NATO ilə müharibə edə bilər
-
Magazin229 May 17:20
Oktay Kaynarcadan üzücü xəbər