Dünya
Rusiya 350 almanı qovur: Cavab nə olacaq?
Rusiya yüzlərlə alman dövlət qulluqçusunu ölkədən qovmaq qərarına gəlib.
Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Moskvanın ölkədəki alman qurumlarının işçilərinin sayını azaltmaq qərarına görə yüzlərlə alman dövlət qulluqçusu Rusiyanı tərk etmək məcburiyyətində qalacaq.
Məlumata görə, bu qərar müəyyən dərəcədə diplomatlara, lakin hər şeydən əvvəl təhsil və mədəniyyət sahəsində çalışanlara, məsələn, Moskvadakı alman məktəbinin müəllimlərinə və Höte İnstitutunun əməkdaşlarına aiddir. İlkin məlumata görə, təxminən 350 nəfər Rusiyanı tərk edəcək.
"Moskva bu qərarı yəqin ki, Almaniya hökumətinin diplomat qiyafəsində olan rus kəşfiyyatçılarından yaxa qurtarmaq cəhdlərinə cavab olaraq verib. Aprel ayında ikirəqəmli heyət Almaniyanı tərk edəndə Rusiya Xarici İşlər Nazirliyi “Berlinin düşmənçilik hərəkətləri”ndən danışıb və bunun nəticələrini açıqlayıb", - məlumatda qeyd olunur.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Berlinin mümkün reaksiyasını istisna etmək olmaz: “Rusiyanın Almaniyada mövcudluğunun yuxarı həddinə gəlincə, federal hökumət praktikada real tarazlığın əldə olunmasına diqqət yetirəcək”.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO