Dünya
İki turlu seçkiyə öyrəşəcəyik - Məhərrəm İncə

Türkiyədə seçkiyə 3 gün qalmış prezidentliyə namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncə Ankarada səs verib.
Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, Məhərrəm İncə Ankaranın Çankaya Yaşamkent məhəlləsində Şener Çakmak Anadolu Liseyində həyat yoldaşı Ülkü İncə ilə birlikdə səs verib.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə səsvermədən sonra jurnalistlərə açıqlama verib. "Bir neçə gün sonra mətbuat konfransı ilə siyasi dəyərləndirmə edəcəyəm. Cümhuriyyət tariximizdə ilk dəfə fərqli bir seçki keçir. Seçki ikinci tura qalıb. Biz iki turlu seçkiyə öyrəşəcəyik”, - İncə vurğulayıb.
İncə cütlüyü prezident seçkilərinin ikinci turu üçün səslərini verdikdən sonra seçkilərin xeyirli olmasını diləyib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO
-
Elm və təhsil09:06
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor TƏYİN EDİLDİ
-
Səhiyyə08:15
Bu xəstəliyin yayılma riski yüksəkdir - ÜST
-
Ekologiya07:15
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Magazin106:45
Təranə Musaya görə Müşviqi tənqid etdi - VİDEO