Dünya
Türkiyədə güclü daşqın: körpü uçdu, evləri su basdı - VİDEO

Türkiyənin Muş vilayətində sel onlarla evi dağıdıb.
Bu barədə Publika.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, leysan yağış selə səbəb olub, təbii fəlakət 5 avtomobilə və onlarla evə ziyan vurub, bir körpü dağılıb.
Kırköy şəhər bələdiyyəsinin rəhbəri Nahit Dizman 35 evin zərər çəkdiyini bildirib. “Hər şey bir anda oldu. Bizim müdaxilə etmək şansımız olmadı. Qəfil sel körpünün uçmasına səbəb olub. Körpünün uçması ilə 35 evi su basıb. Bələdiyyə qarajımızdakı 5 maşınımız su altında qalıb. Çayın ayrı-ayrı yerlərində suötürücüləri açmalı olduq”, - o deyib.
Nahit Dizman əkin sahələrinin də təbii fəlakətdən ziyan çəkdiyini bildirib.

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb