Dünya
Zaxarova Kissincerin iddiasına cavab verdi: Gülüncdür

Zaxarova Kissincerin Rusiya və Avropa ilə bağlı açıqlamalarını gülünc adlandırıb.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Moskvanın Şərqi Avropaya, eləcə də İsveç və Finlandiyaya hücum etmək niyyəti ilə bağlı açıqlamalarını gülünc hesab edib.
Onun sözlərinə görə, Kissincer qeyri-ənənəvi qiymətləndirmələri ilə tanınır.
Eyni zamanda, Zaxarova qeyd edib ki, Vaşinqtona qarşı “arxa-arxaya” dayanan Rusiya və Çinin ittifaqı ABŞ hegemonluğu üçün fəlakətli ola bilər.
Qeyd edək ki, bundan əvvəl Kissincer Ukrayna münaqişəsinin səbəblərindən biri kimi Rusiyanın Avropaya qarşı ikili mövqeyini göstərmişdi. Siyasətçinin fikrincə, Rusiya bir neçə əsr ərzində “heyranlıq və Avropadan qaynaqlanan aşağılıq və ya təhlükə hissi arasında öz ikililiyinin əsiri olub”.
Mehti Kamiloğlu

-
Sosial09:44
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO
-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO