NATO-nun gizli planı varmış: Rusiya ilə müharibə olarsa...
Bizi izləyin

Dünya

NATO-nun gizli planı varmış: Rusiya ilə müharibə olarsa...

NATO Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə hazırladığı gizli planı işə salacaq.

Publika.az xəbər verir ki, bu barədə "Statecraft"ın məsul köşə yazarı Yan Devis yazıb.

Jurnalistin sözlərinə görə, NATO-nun Vilnüsdə keçiriləcək sammitində təsdiq üçün “minlərlə səhifəlik gizli hərbi planlar” təklif olunacaq. Soyuq müharibədən sonra ilk dəfə olaraq Rusiya Federasiyası ilə birbaşa toqquşma ssenarisini ətraflı təsvir edirlər.

Devisin qeyd etdiyi kimi, bu sənədlərin hazırlanması NATO-nun Brüsseldəki mənzil-qərargahında bağlı qapılar arxasında daimi hərbi nümayəndələr tərəfindən həyata keçirilib. Eyni zamanda, o, işin qanunvericilər və müstəqil ekspertlər tərəfindən heç bir ilkin araşdırma olmadan aparıldığını öyrənib.

Devis, həmçinin NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauerin mayın 10-da alyans ölkələrinin hər an münaqişəyə hazır olması lazım olduğunu bildirən sözlərini də misal gətirib.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də deyib ki, Qərb 2030-cu ilə qədər Rusiya və Çinlə birbaşa tammiqyaslı müharibə təhlükəsi ilə üzləşə bilər. O, müdafiəyə hazırlığın bir çox Qərb ölkələri üçün birinci dərəcəli dövlət vəzifəsi olduğunu, bununla əlaqədar olaraq Londonun illik hərbi xərclərinin ÜDM-in 2,5 faizinə çatdırılmasını əsaslı sayıb.

Öz növbəsində ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Ukraynadakı hazırkı münaqişənin Qərbə qarşı müharibəyə çevrilməsini istəmir. O, rəsmi Moskvanın Qərbə, ABŞ-a, NATO-ya qarşı müharibəsinin Avropada daha çox əzablara səbəb olacağını vurğulayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə NATO ölkələrinin Ukraynadakı münaqişədə de-yure iştirak etdiyini diqqətə çatdırmışdı. O, xəbərdarlıq etmişdi ki, belə bir məsuliyyətsiz xətt nüvə gücləri arasında birbaşa hərbi toqquşma təhlükəsini xeyli artırır.

Həmçinin, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Qərb ölkələri artıq Moskva və Minskə qarşı elan olunmamış müharibə aparır.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm