Xəbərdarlıq edildi: səyahətinizi təxirə salın, təhlükəli virus qapıdadır
Bizi izləyin

Dünya

Xəbərdarlıq edildi: səyahətinizi təxirə salın, təhlükəli virus qapıdadır

Körfəz ölkələri vətəndaşlarından Marburq virusunun müşahidə olunduğu Afrika ölkələri Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını istəyib.

Publika.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilir:

"BƏƏ vətəndaşlarına Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını tövsiyə edirik".

Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və səlahiyyətlilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırış da var.

Küveyt Səhiyyə Nazirliyindən verilən açıqlamada, Marburq virusu nəzarət altına alınana qədər Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərdən çəkinməyə çağırış edilib.

Açıqlamada, sözügedən ölkələrdə və qonşu ölkələrdəki Küveyt vətəndaşlarına yerli səhiyyə orqanlarının elan etdiyi tədbirlərə əməl etmələri tövsiyə edilib.

Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib.

Meyvə yarasaları vasitəsilə yoluxan Marburq virusu insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli başağrısı, halsızlıq, qusma kimi əlamətlər qəflətən yaranır və bir çox xəstələrdə 7 gün ərzində ağır hemorragik simptomlar yaranır.

Peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti yüzdə 90-a çata bilər.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm