Dünya
Ukraynanın Gürcüstanla bağlı tələbi: Sanksiya tətbiq edilsin

Ukrayna Gürcüstanın "Georgian Airways" aviaşirkətinə qarşı beynəlxalq sanksiyalar tətbiq etməyi təklif edib.
Publika.az xəbər verir ki, Ukrayna Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar həyata keçirməyə başlayan "Georgian Airways" aviaşirkətinə qarşı beynəlxalq sanksiyaların uzadılmasını təklif edir. Bu barədə "Novosti-Georgia" Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyin (NAPC) War & Sanctions portalına istinadən məlumat yayıb.
“Georgian Airways”dən başqa, sanksiyaların tətbiq olunma riski olan hüquqi şəxslərin siyahısına uçuşların bərpasına bir ay qalmış Rusiya aviaşirkətlərinə xidmət göstərmək üçün yaradılmış “Aero Handling Georgia” da var.
“Georgian Airways”in təsisçisi Tamaz Qayaşvili və onun qardaşı, aviaşirkətin sahibi David Qayaşvili sanksiya riski olan şəxslər siyahısına əlavə edilib.
Ukrayna tərəfi bildirir ki, Gürcüstan Hava Yollarının fəaliyyəti nəqliyyat əlaqələrinin əhəmiyyətli dərəcədə intensivləşdirilməsinə və sadələşdirilməsinə, o cümlədən Gürcüstandakı Rusiya biznesinin nümayəndələrinə yönəlib və sanksiyalardan yayınmaq üçün yeni sxemlərin yaradılması risklərinin artmasına gətirib çıxarır.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanı öz istiqamətləri siyahısına daxil edən və artıq uçuşlara başlayan “Georgian Airways”in xidmətlərindən istifadə etməyəcəyini bildirmişdi. Buna cavab olaraq aviaşirkət Gürcüstan prezidentini persona non qrata elan edib.
-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar