“Kadırovçular”ın Gürcüstanda olduğu rəsmən təsdiqləndi: Pullarını xərclədilər və...
Bizi izləyin

Dünya

“Kadırovçular”ın Gürcüstanda olduğu rəsmən təsdiqləndi: Pullarını xərclədilər və...

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasından olan deputat Dito Samxaradze “kadırovçu”ların ölkəyə gəlməsi haqda danışıb.

Publika.az xəbər verir ki, Dito bu barədə “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, bir neçə nüfuzlu “kadırovçu”nun Gürcüstana gəldiyi, oradan da Türkiyəyə keçdiyi barədə məlumat vermişdik.

Samxaradze təsdiqləyib ki, çeçen iş adamı, Qroznı şəhərinin keçmiş meri və onların dostları həqiqətən də ölkəyə səfər ediblər.

Onun sözlərinə görə, onlar “Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanun”u pozmadığı üçün ölkəyə buraxılıblar, yəni onlar heç vaxt işğal olunmuş Abxaziya və Sxinvali bölgəsində olmayıblar.

Samxaradze iddia edib ki, “Kadırovçu”lar turist kimi gəliblər, pul xərcləyib gediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm