Dünya
Aİ missiyası Ermənistanda yeni əməliyyat mərkəzləri açacaq
Aİ missiyası Cermuk və İcevanda yeni əməliyyat mərkəzləri açacaq.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter bildirib.
“Missiya yaxın aylarda Cermuk, İcevan və Yeqnadzorda üç əlavə əməliyyat mərkəzi açmağı planlaşdırır və yaxın gələcəkdə tədricən tam hazır vəziyyətə gətiriləcək”, - Ritter bildirib.
Onun sözlərinə görə, işə başlayandan ilk üç ay ərzində missiya Gorus, Cermuk və Martunidəki mərkəzlərindən ümumilikdə 300-dən çox patrul xidməti həyata keçirib. Patrullar hər həftə 3800 km-dən çox məsafə qət edirlər.
"Bizim məqsədimiz, digər məsələlərlə yanaşı, sərhəd bölgələrində təhlükəsizliyin sabitləşməsinə töhfə verməkdir. Və bir çox Ermənistan rəsmilərinin fikrincə, EUMA vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verib. Bununla belə, vəziyyət hələ də qeyri-sabitdir", - Ritter əlavə edib.
Aydan
-
Cənubi Qafqaz22:04
Paşinyandan nazirləri qəzəbləndirən qərar: yalnız bir maşın olacaq
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı