Dünya
Pakistanda gərginlik: Vəkilin ölümünü İmran Xanın boynuna yükləmək istəyirlər
İmran Xana qarşı yeni ittiham elan olunub. O, cinayətə təhrik etməkdə təqsirli bilinir.
Publika.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin baş vəkili Abdul Razak Sharın oğlu Sirac Əhməd atasının ölümündə Xanı günahlandırıb.
Ötən gün Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində öldürülən Konstitusiya Məhkəməsinin baş vəkili Əbdül Rezzak Şarın oğlu Sirac Əhməd atasının ölümü ilə bağlı Kuetta Ali Məhkəməsinə müraciət edib. Sirac Əhməd keçmiş baş nazir Xanı atasının qətlini təhrik etməkdə ittiham edib.
Xanı günahlandıran digər şəxs isə baş nazir Şahbaz Şərifin xüsusi müşaviri Ataullah Tatar olub. Tatar, paytaxt İslamabadda verdiyi açıqlamada, Abdul Razak Sharın qətlində Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xanı günahlandırıb.
Öldürülən vəkil Şarın İmran Xana qarşı vətənə xəyanət işinə rəhbərlik etdiyini bildirən Tarar, PTI liderinin vətənə xəyanət işindən qaçmaq üçün qətli törətdiyini və bunun üçün " birbaşa məsuliyyət daşıdığını" deyib.
“ PTİ-nin militant və terrorçu partiyaya çevrildiyini ” iddia edən Tarar, Xanın özünü bu işdən xilas edə bilməyəcəyini bildirib.
PTI sözçüsü Rauf Həsən isə iddiaları rədd edərək qətlin arxasında baş nazir Şahbaz Şərif və daxili işlər naziri Rana Sanaullahı ittiham edib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin baş hüquqşünası Əbdül Rəzak Şar ötən gün Kvetta şəhərində motosikletçilərin hücumuna məruz qalıb və hadisə yerində ölüb.
Aydan
-
Maraq dünyası16:30
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...