Dünyanın ən zəngin adamları birgə nahar edəcəklər
Bizi izləyin

Dünya

Dünyanın ən zəngin adamları birgə nahar edəcəklər

Dünyanın ən zəngin adamları birgə nahar edəcəklər

Dünyanın ən zəngin adamları “Tesla”, “SpaceX”in qurucusu İlon Mask və LVMH-nin prezidenti Bernar Arno birgə nahar təşkil edəcəklər.

Publika.az xəbər verir ki, onların görüşü Parisdə IT konfransı çərçivəsində baş tutacaq. “Twitter”in sahibi “Viva Technology” konfransında spikerlərdən biri olacaq.

O da vurğulanır ki, qeyri-rəsmi naharda fransalı milyarderin oğlu Antuan da iştirak edəcək.

Xatırladaq ki, iyun ayında Mask yenidən dünyanın ən varlı adamları siyahısına başçılıq edir. O vaxt onun sərvəti 192,3 milyard dollar qiymətləndirilirdi. O, bu siyahıda aktivləri 186,6 milyard dollar dəyərində qiymətləndirilən Arnonu əvəzləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm