Kilsədə 19 nəfər dəm qazından zəhərləndi
Bizi izləyin

Avropa

Kilsədə 19 nəfər dəm qazından zəhərləndi

Kilsədə 19 nəfər dəm qazından zəhərləndi

Almaniyanın Bavariya əyalətinin Allqoy bölgəsindəki kilsələrdən birində 19 nəfər dəm qazından zəhərlənib. Onlardan dördünün vəziyyəti ağırdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 22-də Bad-Qrönenbax icmasındakı kilsədə istilik sisteminin nasazlığı səbəbindən baş verib.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Polis hadisənin dəqiq səbəbinin hələ müəyyənləşdirilmədiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm