Priqojin hələ də Rusiyadadır?
Bizi izləyin

Dünya

Priqojin hələ də Rusiyadadır?

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə oxşayan şəxs iyunun 26-sı və 28-də Sankt-Peterburqda görünüb.

Publika.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri mənbələrə istinadən məlumat yayıb.

Onlardan birinin dediyinə görə, çərşənbənin birinci yarısında Priqojinlə əlaqəli olan binalardan birində eyni adam görünüb.

Bundan başqa, Priqojinə oxşar adam iyunun 26-da da Trezzini hotelinin yaxınlığında görünüb. Mənbə iddia edir ki, guya o, hoteldə tabeliyində olan işçilərlə görüş keçirib.

Qeyd edək ki, iyunun 24-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Priqojinin Belarusa gedəcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm