“Müharibəni bitirmək üçün ən çox səy göstərən ölkə olduq”
Bizi izləyin

Dünya

“Müharibəni bitirmək üçün ən çox səy göstərən ölkə olduq”

“Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək üçün 500 gündür ki, mübarizə aparır”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, münaqişə təhlükəsi yaranmağa başladığı andan müharibənin qarşısını almaq üçün əllərindən gələni ediblər:

“Bir çox sahələrdə göstərdiyimiz konkret yardımla da Ukrayna ilə həmrəyliyimizi nümayiş etdirdik. Digər tərəfdən, biz beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə müharibəni bitirmək üçün ən çox səy göstərən ölkə olduq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm