Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Bizi izləyin

Dünya

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edərək, pilotsuz təyyarələrin tədarükünə qadağa qoyub.

Publika.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.

Yeni sanksiyalar paketi həmçinin Aİ-nin İranda dron istehsalının işlənib hazırlanmasında əli olduğunu hesab etdiyi şəxslərə qarşı şəxsi məhdudiyyətlərin tətbiqi imkanını da nəzərdə tutur.

Qeyd edək ki, iyulun 20-də Aİ beş İran vətəndaşını Rusiyaya pilotsuz təyyarələrin tədarükündə əli olmaqda günahlandıraraq, onlara qarşı sanksiyalar tətbiq edib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm