Ağ Evin saytında YPG üçün kampaniya başladı
Bizi izləyin

Dünya

Ağ Evin saytında YPG üçün kampaniya başladı

Ağ Evin rəsmi internet saytında kürdlərin Xalq Müdafiə Bölmələrinə (YPG) silah yardımı edilməsi istəyi ilə imzatoplama kampaniyası başlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, saytdakı “Petitions” hissəsində başlayan imzatoplama kampaniyası çərçivəsində İŞİD qruplaşmasına qarşı döyüşən YPG-in silahlandırılması çağırışı yer alıb.

Kampaniya çərçivəsində indiyə kimi təxminən 15 min imza toplanılıb. Kampaniyanın müvəffəqiyyətlə başa çatdırılması üçün 100 min imza toplanılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm