Həyat yoldaşını öldürüb intihar etdi
Bizi izləyin

Dünya

Həyat yoldaşını öldürüb intihar etdi

Türkiyənin Tokat şəhərində qətl hadisəsi baş verib.

Türkiyənin Tokat şəhərində qətl hadisəsi baş verib.

Belə ki, 32 yaşlı Əli Elik özündən boşanmaq istəyən həyat yoldaşı 25 yaşlı Haskız Eliyi anasının gözü qarşısında öldürüb.

8 il əvvəl evlənən Əli və Haskız cütlüyü Tekirdağa köçərək burada yaşamağa başlayıb. Lakin bir müddət sonra ikili arasında anlaşılmazlıq başlayıb.

Yaşanan problemlərdən sonra Haskız Elik yoldaşından ayrılmaq istədiyini söyləyib. Anlaşılmazlıq yaşayan və uşaqları olmayan cütlük bir ay əvvəl Tekirdağdan köçüb. Yoldaşının evindən ayrılan Haskız anası Altun İşığın yanında yaşamağa başlayıb. Əli Elik gecə saatlarında özündən ayrılmaq üçün məhkəməyə müraciət edən yoldaşının yaşadığı evə gedib. O, qapını açan qayınanasını kənara itələyərək sənədsiz tapança ilə yoldaşına bir neçə dəfə atəş açıb, daha sonra isə silahı öz başına dirəyərək intihar edib. Hər ikisi də hadisə yerində həyatını itirib.

Hadisə jandarmaya xəbər veriləndən sonra cəsədlər ekspertizaya aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm