Dünya
Yermak Baydenin müşaviri ilə nəyi müzakirə edib?
Zelenski limanları qorumaq üçün Ukraynanın cənubunda hava hücumundan müdafiəni gücləndirməyi Baydenin müşaviri ilə müzakirə edib.
Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə limanları qorumaq üçün Ukraynanın cənubunda hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib. Məlumata görə, bu müzakirə “sülh formulu”nun gələcək sammiti ilə bağlı Səudiyyə Ərəbistanında keçirilən görüşdə iştirak edən bəzi ölkələrin nümayəndələri ilə ikitərəfli danışıqlar çərçivəsində baş tutub.
"NATO-nun Vilnüs sammitinin yekunları və Ukraynanın Alyansa inteqrasiyası istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Andrey Yermak ABŞ-la Ukrayna üçün təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin bağlanması məqsədilə danışıqların başlanmasını müsbət qiymətləndirib", - xəbərdə deyilir.
Bundan əlavə, ABŞ, Səudiyyə Ərəbistanı, Finlandiya, Yaponiya, Qətər, Fransa, Almaniya, İspaniya, Norveç, Türkiyə, Polşa və Slovakiyanın nümayəndə heyətlərinin rəhbərləri ilə, milli təhlükəsizlik və xarici siyasətlə bağlı ikitərəfli görüşlər keçirilib.
Görüşlərdə əsasən “sülh formulu” sammitinin təşkilində bu ölkələrin iştirakı ilə gələcək addımlar və Ukraynanın cari müdafiə ehtiyacları müzakirə edilib.
Mehti Kamiloğlu
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI