Dünya
Neftin qiyməti rekord həddə yüksəldi
Neftin qiyməti rekord həddə yüksəlib.
Publika.az xəbər verir ki, avqustun 10-da keçirilən ticarət zamanı neftin qiyməti yeni rekord qırıb - yanvarın 27-dən bəri ilk dəfə kotirovkalar 88 dolları ötüb. Bunu ICE birjasının məlumatları təsdiqləyir.
Brent markalı neftin bir barelinin qiyməti 88,09 dollara çatıb. Eyni zamanda, WTI markalı neftin qiyməti də qalxır - sentyabr fyuçersləri bir barel üçün 84,8 dollara qədər bahalaşıb.
Qeyd olunur ki, neft dünya təklifinin azalması fonunda bahalaşır. İyulda OPEC+ üzvü olan ən böyük yanacaq ixracatçıları neft hasilatını son iki ilin minimum səviyyəsinə endiriblər. Eyni zamanda, çox güman ki, artım hələ pik nöqtəyə yetişməyib.
Əvvəllər Rusiya valyutasını dəstəkləyən neft kotirovkaları son vaxtlar rubla təsir göstərmir. İlin əvvəlindən Rusiya valyutası dollar qarşısında 23 faiz ucuzlaşıb, bu həftə rubl yeni ucuzlaşma rekordları vurmaqda davam edir və bir dollar üçün 100 rubl psixoloji həddi keçə bilər.
Mehti Kamiloğlu
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO