Dünya
Varşavada hava limanı bu səbəbdən boşaldıldı
Polşanın paytaxtı Varşavada Şopen adına hava limanı Cənubi Afrika Respublikası vətəndaşının qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdiyi qumbara səbəbindən boşaldılıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Polşa sərhəd mühafizəsinin mətbuat katibi Anna Mixalskaya bildirib.
Onun sözlərinə görə, hava limanında sərhədçilər Dubaya uçmaq istəyən Cənubi Afrika vətəndaşını saxlayıblar. Hava limanının təhlükəsizlik işçisi yoxlama zamanı onun əl yükündən dörd patron aşkar edib.
“Bunun əsasında yoxlanılan baqajda yoxlama aparılıb. Zabitlərimiz oradan qumbaraya oxşayan əşya aşkar ediblər. Bütün əşyalar pirotexniklər tərəfindən götürülüb”, - Mixalskaya bildirib.
Sərhədçinin nümayəndəsi əlavə edib ki, qumbaranın aşkarlanmasından sonra hava limanından 400 nəfər təxliyə edilib. Həmin şəxs saxlanılıb, tezliklə prokurorluğa aparılacaq.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO