ABŞ və Türkiyə Baş Qərargah rəisləri arasında telefon danışığı oldu
Bizi izləyin

Dünya

ABŞ və Türkiyə Baş Qərargah rəisləri arasında telefon danışığı oldu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla amerikalı həmkarı ordu generalı Mark Milli arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sözçüsü polkovnik Deyv Batler bildirib.

Onun sözlərinə görə, tərəflər NATO, Suriya və Şərqi Avropada təhlükəsizlik mühiti də daxil olmaqla, qarşılıqlı strateji maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

“Türkiyə NATO üzrə əsas müttəfiqdir və ABŞ onun strateji ikitərəfli münasibətlərini yüksək qiymətləndirir”, - Komitənin rəsmisi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm