Dünya
Şərqdə yeni müharibə ocağı – Tehran İslamabadı təhdid edir
“Pakistan sərhəd təhlükəsizliyini təmin eləməsə, bölgəyə müdaxilə edəcəyik”.
Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, İran İnqilab Keşikçiləri komandanının müavini general Hüseyn Səlami İran-Pakistan sərhəd təhlükəsizliyi ilə bağlı mətbuat konfransı təşkil edib.
İranın təhdid olunmasına qarşı tədbir görməsi üçün Pakistana çağırış edən Səlami deyib: “Pakistan sərhəd təhlükəsizliyini təmin etməsə, ölkəmizə qarşı təhdidləri dəf etmək üçün müdaxilə edəcəyik”.
Bu bölgə ilə əlaqədar güclü kəşfiyyat məlumatlarının olduğunu deyən Səlami qeyd edib: “Müxalif qruplar harada olursa-olsun, hətta qonşu ölkələrin torpaqlarında belə onları tapar, lazım olanı edərik”.
Xatırladaq ki, keçən həftə Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində kimliyi məlum olmayan şəxslər tərəfindən İran hüquq mühafizə orqanlarına təşkil edilən hücumda dörd nəfər ölüb.
Məsələ ilə əlaqədar araşdırma aparmaq üçün bölgəyə gedən hüquq mühafizə orqanlarının əməkdaşlarını aparan təyyarə də qəzaya düşüb və yeddi nəfər həlak olub.
Vüsal Tağı
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”