Dünya
Bu ölkə ABŞ-dan 24 ədəd "F-35" qırıcısı alacaq

Çexiya hökuməti ABŞ-dan 24 ədəd “F-35” səsdən sürətli qırıcı təyyarə almağa qərar verib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala mətbuat konfransında bildirib.
“İlk təyyarələr 2029-cu ildə hazır olacaq, pilotlarımız ABŞ-də bu qırıcılarla təlimlərə başlayacaq. 2031-ci ildə ilk qırıcılar Çexiyaya gələcək, 2035-ci ildə isə 24 təyyarənin hamısı ordumuzun arsenalında olacaq. Bu məsələdə ordunun tövsiyəsi əsasında hərəkət edirik. Hökumət vətəndaşlarımızın və bütövlükdə ölkəmizin təhlükəsizliyini təmin etməyi əsas öhdəliklərindən biri hesab edir. Bunu etməyin ən yaxşı yolu isə ordunu modernləşdirməkdir”, - o deyib.

-
İdman15:31
Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR
-
Sosial15:01
Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Kriminal14:46
Fermada gənc sevgilisi ilə cinsi əlaqədə oldu, bunu videoya çəkən dostu isə... - Şok təfərrüat
-
İdman14:11
Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR
-
Magazin113:46
Elza bu müğənnilərə əsəbiləşdi: "Beli incə, ombaları böyük..."
-
Rəsmi xronika13:15
İlham Əliyevdən 17 milyonluq SƏRƏNCAM
-
MDB13:01
Hərbi xidmət müddəti iki ilə qaldırılır? - Deputatdan reaksiya
-
Nida Xəbər 12:46
"Ermənistana təzyiq göstərilməlidir"