Dünya
Bayden Berdiməhəmmədova məktub göndərdi

ABŞ Türkmənistanla tərəfdaşlığını genişləndirməyə və artırmağa ümid edir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədova Mərkəzi Asiya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrikində bildirib.
“Biz iqlim böhranını aradan qaldırmaq və metan emissiyalarını azaltmaq üçün birlikdə işləyirik... Gələn il tərəfdaşlığımızı daha da artırılmasına və genişlənməsinə ümid edirəm”, - ABŞ lideri deyib.
Bayden qeyd edib ki, ABŞ və Türkmənistan regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə, o cümlədən terrorizmlə mübarizəyə töhfə verirlər. O, ABŞ xalqı adından Berdiməhəmmədova və türkmən xalqına ən xoş arzularını çatdırıb.
Xatırladaq ki, Türkmənistan sentyabrın 27-də müstəqilliyinin 32-ci ildönümünü qeyd edib. 1991-ci ildə Türkmənistan SSR Ali Soveti ümumxalq səsverməsindən sonra “Türkmənistanın müstəqilliyi və dövlət quruluşunun əsasları haqqında” konstitusiya qanunu qəbul edib və Türkmənistan müstəqil dövlət olub.

-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi
-
Magazin111:50
Həmkarından polisə şikayət edən aparıcı işdən çıxarıldı
-
Tarix11:35
ABŞ-ın yaxın tarixinin ən mübahisəli siması: "Kipr qəssabı" Türkiyənin dostu idi, yoxsa...
-
Sosial10:55
“Vosmoy” bazarı bu əraziyə köçürülür
-
İdman10:50
Futbolçuların varlı xanımları: Siyahıda kimlər var? - FOTOLAR